ABŞ prezidenti Donald Tramp və Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu arasında görüşün videosu sosial şəbəkələrdə yayımlanıb.
“Report” xəbər verir ki, kadrlarda Ronaldu və nişanlısı Corcina Rodrigesin Ağ Evdə Tramp ilə gülərək söhbət etdikləri görüntülənib.
Ağ Evin paylaşımında “Tarixin iki ən böyüyü. CR7 x 45/47” sözləri yer alıb. Bu, Ronaldunun forma nömrəsinə və Trampın həm 45-ci, həm də 47-ci prezident olmasına işarədir.
Qeyd edək ki, 40 yaşlı Ronaldu beşqat Çempionlar Liqası qalibi, Avropa çempionu və bir çox rekordların sahibidir. O, 2022-ci ildən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

