İsrailin Qəzza zolağına silsilə aviazərbələri nəticəsində 23 nəfər həlak olub.
“Report” “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, hücumlar ilk növbədə Qəzza şəhəri və Xan-Yunisi hədəf alıb.
Qəzza xəstəxanalarındakı mənbələrə görə, ölənlər arasında Qəzza şəhərinin Zeytun məhəlləsindən beş nəfərlik bir ailə var.
İsrail Müdafiə Qüvvələri öz növbəsində bildirib ki, zərbələr HƏMAS-ın mövqelərini hədəf alıb və dünən səhər saatlarında yaraqlıların Qəzza zolağının cənubundakı Xan-Yunisdəki əsgərləri atəşə tutmasına cavab olub.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

