Bakı. Trend:
Almaniya hakimiyyəti Suriya vətəndaşlarının sığınacaq
müraciətlərinə yenidən baxılmasını bərpa edib, lakin onların böyük
əksəriyyəti rədd olunub.
Trend xəbər verir
ki, bu barədə “Bild” məlumat yayıb.
Nəşrin məlumatına görə, prosesin bərpasından sonra cəmi bir ay
ərzində imtina qərarlarının sayı 99 faizi ötüb.
Qeyd olunur ki, müraciətlərin araşdırılması ötən ilin dekabrında
ölkə rəhbərliyinin dəyişməsindən sonra Suriyadakı siyasi vəziyyətin
dəyişməsi səbəbindən müvəqqəti olaraq dayandırılmışdı.

