Bakı. Trend:
MRT əsasında yeni rəqəmsal zehin oxuma texnologiyası
yaradılıb.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, “Zehnin altyazısı” adlanan bu
metod, insanın beyin fəaliyyətini yüksək dəqiqliklə analiz edərək,
insanın gördüklərini və ya xatırladıqlarını cümlələr şəklində
yenidən qura bilir.
Tədqiqatçılar bu metodun xüsusilə iflic olmuş və ya nitq
pozuntusu olan insanların ünsiyyət qurmasına kömək edə biləcəyini
deyirlər. Bu sistem, əvvəlki cəhdlərlə müqayisədə inqilabi addım
hesab olunur. Əvvəllər yalnız tək sözlər əldə oluna bildiyi halda,
bu üsulla artıq bütöv cümlələr əldə etmək mümkündür.
Altı nəfər üzərində sınaqdan keçirilən bu qeyri- invaziv metod
gözlənilməz dərəcədə dəqiq nəticələr versə də, süni intellektin
şəxsi düşüncələrə, hisslərə və sağlamlıq məlumatlarına çıxış imkanı
yaratması, mütəxəssislər arasında etik narahatlıqlara səbəb
olub.
Hazırda sistemin nəzarət və ya manipulyasiya məqsədilə istifadə
olunması riski müzakirə olunur.

