Ermənistan Prezidenti: TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcək

Baş səhifə

Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, həmçinin TRIPP layihəsinin reallaşdırılması Cənubi Qafqaz regionunu olduqca cəlbedici logistik mərkəzə çevirəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan gürcü həmkarı Mixeil Kavelaşvili ilə birgə mətbuata açıqlamasında deyib.

O, Gürcüstanın dövlət başçısı ilə görüşdə regional məsələlərin, avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanmış sülh bəyannaməsinin reallaşdırılmasının müzakirə olunduğunu bildirib.