
Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını dəstəkləyir.
“Report”un Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Mixail Kavelaşvili Tbilisidə erməni həmkarı Vaaqn Xaçaturyanla görüşü zamanı bildirib.
Görüşdə tərəflər həmçinin ikitərəfli münasibətləri, müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini və regiondakı aktual siyasi hadisələri müzakirə ediblər.
M.Kavelaşvili Ermənistan Prezidentinə Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinə görə təşəkkür edib. O, Cənubi Qafqazda sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

