Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb

Baş səhifə
Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb

Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Sos kəndinə çatıb.

“Report”un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, qəsəbəyə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə Sos kəndinə 20 ailə (80 nəfər) köçürülüb.