Bu marşrutlar üzrə avtobus müsabiqələrinin qalibləri müəyyən edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim
edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı
tədbirlərin davamı olaraq Bakı-Göyçay, Bakı-Lənkəran və Bakı-Astara
avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən
edilib.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Bakı-Göyçay marşrutu üzrə fiziki şəxs Əbilov
Vüsal Sahib oğlu;

Bakı-Lənkəran marşrutu üzrə fiziki şəxslər Şahverdiyev Vüqar
Aydın oğlu və Həsənli Mirnahid İqbal oğlu;




Bakı-Astara marşrutu üzrə fiziki şəxslər Həsənov Güləli Panəli
oğlu və Həsənli Mirnahid İqbal oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə
təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun
olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,
təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların
təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.