Nazir: Xəzərin suyunun duzsuzlaşdırılması layihəsi su təhlükəsizliyi baxımından mühüm addımdır

Baş səhifə

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı 407 milyon ABŞ dolları dəyərində layihə ölkənin su təhlükəsizliyi, texnologiya transferi və xarici investisiyalar baxımından mühüm addımdır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasına başlanılmış layihə texnologiya transferi baxımından mühüm əhəmiyyət kəsb edir: “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasına başlanılmış Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı 407 milyon ABŞ dolları dəyərində layihə ölkənin su təhlükəsizliyi, texnologiya transferi və xarici investisiyalar baxımından mühüm addımdır”.