Qeyri-neft-qaz özəl sektorda hər gün 200-ə yaxın yeni iş yeri yaradılıb

Baş səhifə

Bakı. Trend:

Əmək haqqı islahatı əmək bazarında böyük şəffaflaşma effekti
yaratmışdır.

Trend xəbər
verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin
bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı
deyib.




Nazir bildirib ki, qeyri-neft-qaz özəl sektorda 8000 manatadək
əmək haqlarının gəlir vergisindən azad olunması nəticəsində 1
yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək qeyri-neft-qaz özəl
sektorda əmək müqavilələrinin sayı 481,4 min artaraq 1 milyonu
ötmüş, sektorun cəmi əmək müqavilələrində payı 38,5%-dən 54,2%-ə
yüksəlmişdir.

1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək orta təqvim
günləri hesabı ilə qeyri-neft-qaz özəl sektorda 200-ə yaxın yeni iş
yerinin yaradılması qeydə alınmışdır. Bu, çox böyük iqtisadi
nəticədir.