Gələn il təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur

Baş səhifə

Bakı. Trend:

2030-cu ilə müəyyən edilmiş milli prioritetlərdən biri olan
təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması
nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə
müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Ortamüddətli
büdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və
elm xərcləri 36 faiz artacaq.

Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli
Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.




Nazir bildirib ki, növbəti ildə dövlət sifarişi və dövlət
hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə,
təqaüd alanların sayı isə 121 min nəfərə çatacaqdır. Gələn il
əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri
və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan
18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat
vəsait proqnozlaşdırılmışdır.