Bakı. Trend:
Böyük Britaniya silahlı qüvvələrin potensialını artırmaq
məqsədilə hərbi islahat çərçivəsində silah və partlayıcı maddələrin
istehsalı üçün 13 yüksək texnologiyalı müəssisə inşa edəcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con
Hili bildirib.
Onun sözlərinə görə, təkcə bu həftə Britaniya adalarında iki
pilotsuz uçuş aparatı zavodu açılacaq.
Nazir parlamentdə krallığın müdafiə qabiliyyətinin vəziyyəti ilə
bağlı deputatların narahatlığı fonunda hökumətin müdafiə xərcləri
sahəsində prioritetləri barədə bəyanatla çıxış edəcək.
KİV yazır ki, nazir eyni zamanda, Britaniyada 13 “gələcəyin
fabrikləri” adlandırılan silah və partlayıcılar üzrə zavodların
inşası planını təqdim edəcək.

