Yevlaxda 42 yaşlı kişi bıçaqlanıb

Baş səhifə

Bakı.Trend:

Yevlaxda kişi bıçaqlanıb.

Trend-in
məlumatına görə, hadisə noyabrın 16-sı baş verib.




Belə ki, 1977-ci il təvəllüdlü İlkin Musayev Yevlax şəhəri,
M.Sübhi küçəsində aralarında şəxsi münasibətlər zəminində baş
vermiş mübahisə zamanı 1983-cü il təvəllüdlü Elnur İsrəfilova
üzərində gəzdirdiyi bıçaqla zərbələr yetirərək sağlamlığına ağır
dərəcəli zərər vurub.

Faktla bağlı Yevlax rayon polis şöbəsində Azərbaycan
Respublikası CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq
istintaq aparılır.