Bu gün Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan 35 kV-luq “Lovayın” hava xəttində təmir işləri aparılacaq.
Bu barədə “Report”a Azərişıq ASC-dən bildirilib.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Çayoba, Əzərud, Kakalos, Kolatan, Lovayın, Pensər, Sım, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud kəndləri, Kijəbə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

