ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları, 300-ə yaxın tank və digər silahlar satacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil “F-35”
qırıcı-bombardmançı təyyarələri, eləcə də təxminən 300 tank da
daxil olmaqla xeyli miqdarda silah satmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin dərc etdiyi
sənədlərdə deyilib.




Sənədlərdə qeyd olunub ki, ABŞ prezidenti Donald Tramp “gələcəkdə “F-35″ qırıcılarının tədarükləri də daxil olmaqla,
krallığa əsas müdafiə məhsullarının satışını təsdiqləyib”.

Vaşinqton administrasiyasının fikrincə, bu razılaşma “ABŞ-nin
hərbi-sənaye bazasını gücləndirəcək və Səudiyyə Ərəbistanının
Amerika məhsullarını almağa davam etməsini təmin edəcək”.