
İngiltərə təmsilçisi “Arsenal”ın müdafiəçisi Qabriel uzun müddətlik sıradan çıxa bilər.
“Report” “BBC”yə istinadən xəbər verir ki, Braziliya yığmasının heyətində yoldaşlıq oyununda zədələnən futbolçu xəstəxanaya aparılıb.
İlkin müayindəsən sonra onun 1 ay yaşıl meydanlardan kənar qalmaq ehtimalı olduğu bildirilib.
Futbolçunun zədəsi ilə bağlı dəqiq diaqnoz yaxın müddətdə qoyulacaq.
Qeyd edək ki, Qabriel 2025/2026 mövsümündə “Arsenal”ın heyətində 17 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

