Bakı. Trend:
“Real Sosyedad”ın futbolçusu Takefusa Kubo karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər
verir ki, “Tottenhem” yaponiyalı vingeri transfer etmək
istəyir.
İspaniya klubu futbolçusunu satmağın əleyhinə deyil. Lakin onlar
24 yaşlı ön xətt oyunçusu üçün 60 milyon avro tələb edirlər.
Qeyd edək ki, “Real Sosyedad” Takefusa Kubonu 2022-ci ilin
yayında Madrid “Real”ından transfer edib. Yaponiya millisinin üzvü
bu mövsüm “La Liqa” təmsilçisinin heyətində meydana çıxdığı 10
rəsmi matçda 1 qol vurub.

