Türkiyə Ukrayna münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək – Fidan

Baş səhifə

Bakı. Trend:

Rəsmi Ankara Ukrayna münaqişəsinin dinc yolla həlli üçün
səylərini davam etdirəcək və Qara dənizdə gəmiçilik rejimini
tənzimləyən Montre Konvensiyasına ciddi şəkildə əməl edəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan
Fidan bildirib.

“Yaxın perspektivdə Ukraynada sülhün təmin edilməsi üçün
effektiv səylərimizi və vasitəçilik rolumuzu davam etdirəcəyik.
Bununla yanaşı, Qara dənizdə təhlükəsizlik memarlığının əsas dayağı
olan Montre Konvensiyasına qətiyyətlə riayət edəcəyik”, – deyə
nazir bildirib.




Fidan həmçinin qeyd edib ki, Türkiyənin Ukrayna müharibəsinin
başlamasından bəri yürütdüyü balanslaşdırılmış siyasət və Rusiya
ilə Ukrayna arasında davamlı təmaslar sayəsində 2025-ci ildə
İstanbulda üç raund birbaşa danışıqlar keçirilib və onlar konkret
nəticələr verib, o cümlədən əsirlərin mübadiləsi həyata
keçirilib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin diplomatiya və dialoq
yolu ilə nizamlanması Ankaranın xarici siyasətinin prioriteti
olaraq qalır.