
Gürcüstanın Baş Prokurorluğu xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz əldə olunması, saxlanılması və ölkəyə gətirilməsinə görə saxlanılan Azərbaycan vətəndaşına rəsmi ittiham irəli sürüb.
APA-nın yerli bürosu xəbər verir ki, prokurorluğun vəsatəti əsasında məhkəmə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqla müəyyən edilib ki, 37 yaşlı Azərbaycan vətəndaşı olan qadın 6,2894 qram metamfetamin narktoik vasitəsini və 6,3 qram preqabalin psixotrop maddəsini qanunsuz yolla əldə edərək saxlayıb və Tbilisi beynəlxalq hava limanı vasitəsilə Gürcüstana gətirib.
Azərbaycan vətəndaşı günahının sübuta yetiriləcəyi halda 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası alacaq.
***
10:31
Gürcüstanda xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz əldə olunması, saxlanılması və ölkəyə gətirilməsində ittiham olunan 1988-ci il təvəllüdlü E.A. adlı Azərbaycan vətəndaşı olan qadın saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu bardə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Tbilisi beynəlxalq hava limanında hüquq-mühafizə orqanı əməkdaşları həmin şəxsin əl yükünə keçirdikləri baxış zamanı tərkibində narkotik vasitə və psixotrop maddə olan həbləri maddi sübut kimi müsadirə ediblər.
Faktla bağlı istintaq davam etdirilir. Cinayət əməlinə görə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

