Bakı.Trend:
Səməd Həsənov Özbəkistan Respublikasında yerləşməklə Mərkəzi
Asiya ölkələri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və
Türkmənistan) üzrə ticarət nümayəndəsi təyin edilib.
Trend bu
barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət-iqtisadi
əməkdaşlığın inkişafında, bu ölkələrdə “Made in Azerbaijan”
brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqində,
ölkəmizin qeyri-neft ixracının artırılmasında önəmli rol
oynayır.
Səməd Həsənov 1990-cı ildə anadan olub. 2012-ci ildə ümumi
iqtisadiyyat ixtisası üzrə Azərbaycan Dövlət İqtisad
Universitetini, 2018-ci ildə isə hüquqşünaslıq ixtisası üzrə
Belarus Respublikasının Yanka Kupala adına Dövlət Universitetini
bitirib.
2015-ci ildə əmək fəaliyyətinə Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunda baş layihə meneceri kimi
başlayıb, müxtəlif vəzifələrdə işləyib. 10 avqust 2023-cü ildən
İnvestisiyaların təşviqi departamentinin direktoru vəzifəsində
işləyib.

