
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 1,586
milyon ABŞ dolları dəyərində 3,838 min ton bitumlu süxurlardan
alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, ötən ilin eyni dövründə Gürcüstana sözügedən
məhsulların ixracı qeydə alınmayıb.
Hesabat dövründə Gürcüstan Azərbaycanın ən çox neft ixrac etdiyi
ölkələr sırasında 21-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 21
ölkəyə 10,8 milyard ABŞ dolları dəyərində 20,7 milyon ton bitumlu
süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə
müqayisədə dəyər ifadəsində 1,9 milyard ABŞ dolları və ya 15%, həcm
ifadəsində isə 182,6 min ton və ya 0,9% azdır.
Sözügedən məhsulların ixracı bu ilin ilk 10 ayının ixracına
nisbətən 50,14% paya malik olub.

