ABŞ-də yanlış mühakimə olunmuş şəxsə 19 milyon dollar təzminat ödəniləcək

Baş səhifə

Bakı. Trend:

Yanlış ittihamalara görə 30 ildən çox həbs cəzası çəkmiş
Kaliforniya (ABŞ) sakini 19,1 milyon ABŞ dolları həcmində təzminat
alacaq.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, müvafiq razılaşma Bolduin-Park şəhərinin
rəhbərliyi ilə məhkəmə səhvinin qurbanına çevrilmiş 56 yaşlı Daniel
Saldanya arasında imzalanıb.




1989-cu ildə o, yerli məktəblərdən birinin yaxınlığında baş
vermiş atışmada günahlandırılmışdı. Hadisə nəticəsində iki şagird
yaralanmışdı. 1990–2023-cü illər ərzində o, özünü günahsız hesab
etsə də, həbsdə qalıb.

Onun işinə yenidən baxılmasına 2017-ci ildə başlanıb və 2023-cü
ildə məhkəmə Saldanya işini aparan polis təhqiqatçısının öz
vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini təsdiqləyib.