
Bakı. Trend:
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis
Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Sumqayıt
şəhərində stansiya ərazisində olan metal anbarından müxtəlif ölçülü
relsləri oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.
Trend xəbər verir ki, həmin
şəxslər – əvvəllər məhkum olunmuş Xızır Hüseynov, Xudabaxış Ağayev,
Akaş Paşayev və Sədat Elbruszadə ümumi çəkisi 109 ton metal
qurğuları oğurlayaraq dəmir yollarına 67 min manat maddi ziyan
vurublar.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

