
Bakı. Trend:
Venesuela Prezidenti Nikolas Maduro ABŞ administrasiyası ilə
danışıqlara açıq olduğunu bildirib.
Trend xəbər verir ki, Maduro
bunu “Venezolana de Televisión” kanalında yayımlanan “Maduro ilə”
proqramında ABŞ Prezidenti Donald Tramp ilə mümkün dialoq barədə
ünvanlanan sualı cavablandırarkən deyib.
Maduro qeyd edib ki, qarşılıqlı maraq kəsb edən məsələlərdə
razılığa gəlməyin yeganə yolu diplomatiya və dialoqdan keçir. O,
Karakasın mövqeyinin 6 sentyabr 2025-ci ildə Trampa göndərilən
məktubda əks olunduğunu xatırladıb. Həmin məktubda Venesuelanın
beynəlxalq hüquqa sadiqliyi və gücdən istifadə təhdidlərinin qəbul
edilmədiyi vurğulanıb.

