Finlandiya Kiyevə artıq 3,2 milyard avro ayırıb – Rütte

Baş səhifə

Bakı. Trend:

Finlandiya artıq Kiyevə 3,2 milyard avro ayırıb, bunlardan 2,9
milyard avro silahların alınmasına sərf olunub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte
Brüsseldə Finlandiya Prezidenti Aleksander Stubb ilə birlikdə
keçirdiyi mətbuat konfransında bildirib.




“Finlandiya artıq Ukraynaya 3,2 milyard avro ayırıb, o cümlədən
2,9 milyard avro silahlar, o cümlədən zirehli nəqliyyat vasitələri
və sursatların alınmasına xərclənib”, – deyə o bildirib.

Öz növbəsində, Stubb Finlandiyanın artıq Kiyevə “30 hərbi yardım
paketi” təqdim edib etdiyini xatırladıb və Helsinkinin Ukrayna üçün
NATO xətti ilə silahların alınmasında iştirakını davam etdirəcəyini
vəd edib.