“Şəfəq-Asiman” yatağı ilə bağlı kəşfiyyat işlərini davam etdirməyi planlaşdırırıq – Bəxtiyar Aslanbəyli

Baş səhifə

Bakı. Trend:

BP “Şəfəq-Asiman” qaz yatağı ilə bağlı növbəti mərhələdə
kəşfiyyat işlərini davam etdirməyi planlaşdırır.

Trend xəbər
verir ki, bunu BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti
Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, BP “Şəfəq-Asiman” qaz yatağı ilə bağlı növbəti
mərhələdə kəşfiyyat işlərini davam etdirmək niyyətindədir:




“Həmin yataqda planlama mərhələsindəyik. Yəni kəşfiyyat
işlərinin hansı qazma qurğusu üzərindən həyata keçirilməsi və digər
layihələrlə razılaşdırılması mərhələsindəyik”.

“Qazma qurğusu digər layihədən azad olunduqdan sonra həmin qurğu “Şəfəq-Asiman” qaz yatağında istifadə olunacaq”, – deyə o
vurğulayıb.