“525-ci qəzet”in fəaliyyətə başlamasından

Baş səhifə

Bu gün “525-ci qəzet”in yaranmasının 33 ili tamam olur.

Metbuat.az xəbər verir ki, qəzetin ilk sayı 1992-ci il noyabrın 17-də nəşr olunub və o vaxtdan etibarən Azərbaycanın müstəqillik dövrü mətbuatında özünəməxsus yer tutub.

Nəşrin adı da təsadüfi seçilməyib. Redaksiya əvvəlcə “Sabah” və “2×2” adlarını düşünüb, amma hər ikisi artıq qeydiyyatdan keçdiyindən, dövlət qeydiyyat nömrəsi qəzetin adı olub. Yəni qəzet qeydiyyata alınarkən ona verilən 525-ci sıra nömrəsi sonradan rəsmi ad kimi qəbul edib. İlk illərdə həftəlik kimi fəaliyyətə başlayan “525-ci qəzet” daha sonra dövriliyini artıraraq gündəlik nəşrə keçib.

1995-ci ildən qəzetə Rəşad Məcid rəhbərlik edir. Bu illər ərzində “525-ci qəzet” bir çox gənc jurnalistlərin yetişdiyi mətbuat məktəbinə çevrilib və ölkənin informasiya mühitində mühüm rol oynamaqda davam edir.

Metbuat.az kollektivi adından ““525-ci qəzet”in əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.