Azərbaycanın həndbol millisi VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib

Baş səhifə
Azərbaycanın həndbol millisi VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib.

“Report”un məlumatına görə, yığma bu dəfə Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 34:31.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Özbəkistana uduzub – 26:28. Komandanın Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.