“WTDC-25″də qəbul edilən qərarlar Orta Dəhlizin rəqəmsallaşdırılmasına mühüm töhfə verəcək – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Telekommunikasiya İnkişafı Konfransında (WTDC-25)
qəbul edilən qərarlar Orta Dəhlizin rəqəmsallaşdırılmasına mühüm
töhfə verəcək.

Trend xəbər
verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Saməddin Əsədov Bakıda keçirilən Ümumdünya Telekommunikasiya
İnkişafı Konfransı (WTDC-25) çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.




“Konfransda müzakirə olunan mövzular, əslində, həm Orta Dəhlizdə
iştirak edən ölkələrin sözügedən marşurutun rəqəmsallaşdırılmasına,
həm də ümumilikdə növbəti dörd il ərzində digər sahələrdə
rəqəmsallaşma, innovasiya və yeni texnologiyaların tətbiqi kimi
mühüm istiqamətlərə birbaşa təsir göstərəcək. Burada qəbul edilən
qərarlar bu sahələrin inkişafına, o cümlədən Orta Dəhlizin
rəqəmsallaşdırılmasına mühüm töhfə verəcək və qeyd etdiyim
prioritetlərin istiqamətinin müəyyənləşdirilməsində əsas rol
oynayacaq”, – nazir müavini vurğulayıb.