UN-HABITAT-ın insan mərkəzli “ağıllı şəhərlər” üzrə qaydalar sənədi Bakıda təqdim olunacaq

Baş səhifə
UN-HABITAT-ın insan mərkəzli ağıllı şəhərlər üzrə qaydalar sənədi Bakıda təqdim olunacaq

BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) insan mərkəzli “ağıllı şəhərlər” üzrə qaydalar sənədi Bakıda təqdim olunacaq.

“Report”un məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev jurnalistlərə açıqlmasında deyib.

Onun sözlərinə görə, Azərbaycan uzun müddətdir şəhərsalma sahəsində ciddi islahatlar aparır:

“Eyni zamanda beynəlxalq gündəliyə töhfəsini verməyə çalışır. Bir sıra beynəlxalq proseslərdə iştirak etməyə çalışırıq. BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) insan mərkəzli “ağıllı şəhərlər” üzrə qaydalar təşəbbüsü olub. Azərbaycan bu sənəd üzərində işləyən ekspert qrupuna 2 mütəxəssis ayırıb. Sənədin hazırlanması başa çatıb. Təqdimatı və müzakirəsi Bakıda olacaq”.

A.Quliyev vurğulayıb ki, UN-HABITAT-ın nəznində fəaliyyət göstərən hökumətlərarası qrupun hər kəs üçün mənzil təminatı sahəsində yol xəritəsi hazırlamaq üzrə qrupun həmsədri seçilib:

“Azərbaycan bu proses üzrə də töhfəsini verməyə çalışacaq. Azərbaycan, həmçinin işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi sistemli planlaşdırma və şəhərlərin yenidənqurma və bərpası ilə bağlı təcrübələrini bölüşəcək”.