Pirəkəşkül və Ağdərədə döyüş sursatları məhv ediləcək

Baş səhifə

Bakı. Trend:

Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu
ərazisindəki təlim mərkəzində döyüş sursatlarının məhv edilməsi
prosesi həyata keçiriləcək.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.




Bildirilib ki, 17-21 noyabr tarixlərində istismar müddəti başa
çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının
təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi
yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim
mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə
çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə
çatdırırıq”, – məlumatda qeyd edilib.