Xırdalanda ağır qəza –

Baş səhifə

Xırdalan şəhərində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan-Saray yolunda qeydə alınıb.

Belə ki, İlkin Paşayev idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə yolu keçən piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.