Türkiyədə toya gedən 100-ə yaxın şəxs aşdan zəhərlənib

Baş səhifə
Türkiyədə toya gedən 100-ə yaxın şəxs aşdan zəhərlənib

Türkiyədə 100-ə yaxın şəxs toyda verilən toyuqlu aşdan zəhərlənib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə Trabzonun Ortahisar rayonunda bəy evində keçirilən toyda baş verib.

Belə ki, toyda paylanılan toyuqlu aşdan yeyən 100-ə yaxın qonaq bir müddət sonra özünü pis hiss etməyə başlayıb. İlkin tibbi yardım alan vətəndaşlar Sürmənə dövlət xəstəxanasına və ətraf rayondakı tibb müəssisələrinə yerləşdiriliblər. Onlara müvafiq köməklik göstərilib. Faktla bağlı araşdırma aparılır.