Bakı. Trend:
Avstraliyanın paytaxtı Kanberrada asbest çirklənməsi ilə bağlı
narahatlıqlar səbəbindən 69 məktəb bağlanıb.
Trend xəbər verir
ki, təhlükəli maddə məktəblərdə geniş istifadə olunan “sehrli
qum”da aşkarlanıb. Bu növ qum məktəblərdə qumdan qala düzəltmək və
digər yaradıcılıq fəaliyyətlərində istifadə olunur.
Məlum olub ki, “sehrli qum” istehsal edən “Kmart” və “Target”
şirkətlərinin məhsullarında zərərli asbest izləri tapılıb.
Bildirilir ki, bağlanan təhsil müəssisələrində aparılacaq
yoxlamalar bir neçə gün davam edə bilər.

