
Bakı. Trend:
“Mançester Siti” Bellinqemin ardınca “Real Madrid”in gənc
türkiyəli ulduzu Arda Gülerlə də maraqlanır.
Trend xəbər verir
ki, İspaniya mediasının məlumatına görə, İngiltərə klubu 19 yaşlı
yarımmüdafiəçi üçün təxminən 100 milyon avro ödəməyə hazırdır.
Bununla belə, Madrid rəhbərliyi Arda Güleri satmağı düşünmür.
Klub onun inkişaf potensialına inanır və qısamüddətli maliyyə
gəliri üçün uzunmüddətli layihədən imtina etmək niyyətində
deyil.

