Konqoda mədən qəzası nəticəsində 70 nəfər həlak olub

Baş səhifə

Konqo Demokratik Respublikasında səbəbi hələ müəyyən edilməyən mədən çökməsi 70 işçinin həyatına son qoyub.

APA xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Əraziyə göndərilən xilasetmə qrupları dağıntılar altında qalan işçiləri çıxarmaq üçün axtarış xilasetmə işlərini davam etdirir.

Dövlət rəsmiləri tərəfindən açıqlama verilməsə də, ölənlərin sayının arta biləcəyi ehtimal olunur.