Didye Deşam: “Azərbaycan millisi çox aqressiv idi”

Baş səhifə
Didye Deşam: Azərbaycan millisi çox aqressiv idi

Futbol üzrə Azərbaycan millisi bu gün meydanda aqressiv davranıb.

“Report”un məlumatına görə, bu barədə Fransa millisinin baş məşqçisi Didye Deşam mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qalib gəldikləri (3:1) matçla bağlı fikirlərini bölüşüb:

“Burada məqsədimiz işimizi görmək idi. Birinci hissə çətin oldu. Azərbaycan yığması çox aqressiv davranırdı. Sonda qalib gəldik. Oyunçularla danışdım. Bundan sonrakı matçlara da hazırıq”.