Abşeronda yol qəzası nəticəsində piyada ölüb

Baş səhifə

Abşeronda yol qəzası nəticəsində piyada həyatını itirib.

APA xəbər verir ki, hadisə “Təzə yol” adlanan ərazidə qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu keçən piyadanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.