Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb (FOTO)

Baş səhifə

Daşkənd. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan
Respublikasına səfəri noyabrın 16-da başa çatıb.

Trend-in xüsusi müxbiri xəbər verir ki, Daşkənd Beynəlxalq Hava
Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.

Dövlətimizin başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev
yola saldı.