Azərbaycan idmançıları aerobika gimnastikası üzrə Avropa çempionatında birinci yerə çıxıblar.
“Report”un Qərb bürosunun məlumatına görə, Mədinə Mustafayeva və Vladimir Dolmatov aerobika gimnastikası üzrə Avropa çempionatında çütlükdə çıxış edərək qalib olublar.
Qeyd edək ki, yarışda 18 ölkədən 151 idmançı iştirak edir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

