
Bakı. Trend:
“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Holand
karyerasını gələcəkdə A Seriyasında davam etdirə biləcəyini etiraf
edib.
Trend xəbər verir ki,
oyunçunun “Mançester Siti” ilə hazırkı müqaviləsi 2034-cü ilin
yayına qədərdir.
“Mən İtaliyanı sevirəm. Buradakı matçlarda yaxşı oynadım və
gələcəkdə nə olacağını heç vaxt bilmirsən. Hazırda həyatımda hər
şey yaxşıdır və bu (transfer) haqqında düşünmürəm, amma bundan
sonra nə olacağını heç vaxt bilmirsən”, – deyə Holand bildirib.
Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 180 milyon
avrodur.

