“Barselona” ispaniyalı müdafiəçi ilə bağlı qərar verdi

Baş səhifə

Bakı. Trend:

Erik Qarsiya yaxın vaxtlarda “Barselona” ilə yeni müqavilə
imzalaya bilər.

Trend xəbər verir ki, bu
barədə “El Mundo Deportivo” məlumat yayıb.

Mənbənin məlumatına görə, “blauqrana” rəhbərliyi 24 yaşlı
futbolçu üçün 2030-cu ilin yayına qədər nəzərdə tutulan təklif
hazırlayır. İspaniyalı oyunçunun özü də PSJ-nin marağına
baxmayaraq, Kataloniya təmsilçisində qalmaq istəyir.




İspaniya millisinin üzvünün klubla hazırkı müqaviləsi 30 iyun
2026-cı ilədək qüvvədədir. “Transfermarkt” portalı onun dəyərini 25
milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Erik Qarsiya bu mövsüm “Barselona”nın heyətində
meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub.