Estoniya Ukrayna üçün Starlink rabitə terminallarının alınmasına 3,5 milyon avro ayırır

Baş səhifə

Estoniya Ukrayna Silahlı Qüvvələri üçün Starlink peyk rabitə terminallarının satın alınmasına 3,5 milyon avro ayıracaq.

APA xəbər verir ki, bu barədə Baltik ölkəsinin Müdafiə Nazirliyi məlumat yayıb.

“Starlink rabitə sistemlərinin alınması üçün ayrılan 3,5 milyon avro Estoniyanın 2025-ci il üçün Ukraynaya yardım paketindən ayrılıb. Starlink-in birgə satın alınmasına yönəldiləcək vəsait Estoniya və Lüksemburqun rəhbərlik etdiyi İT koalisiyası vasitəsilə Ukraynaya göndəriləcək”, — deyə nazirliyin açıqlamasında bildirilir.