
Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsinin Qəzzada xidmət edəcək sülhməramlı qüvvələrin tərkibində yer almağa hazır olduğunu bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir “Tramp sülh planı” çərçivəsində Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsinin gündəmdə olduğunu xatırladıb və qeyd edib ki, bu prosesdə Türkiyə öz üzərinə düşəni yerinə yetirməyə hazırdır.
“Qəzzaya hansı ölkələrdən sülhməramlı qüvvələrin göndərilməsi hazırda müzakirə mərhələsindədir. ABŞ Qəzzaya əsgər göndərməyəcəyini bildirib. Türkiyə isə bu məsələ ilə bağlı aparılan müzakirələrdə iştirak edir. Qəzzada xidmət üçün Türkiyə əsgər göndərməyə hazırdır”, – deyə Hakan Fidan bildirib.

