Putin Netanyahu ilə danışıqlar apardı

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.

Modern.az bu barədə Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

 Putin və Netanyahu Yaxın Şərqdəki vəziyyət, o cümlədən atəşkəs və əsir mübadiləsi sazişi kontekstində Qəzza zolağındakı hadisələr, İranın nüvə proqramı ilə bağlı vəziyyət və Suriyada gələcək sabitləşmə ilə bağlı məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.