İstanbulda metro tikintisi zamanı çökmə baş verib

Baş səhifə
İstanbulda metro tikintisi zamanı çökmə baş verib

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda metro tikintisi zamanı naməlum səbəbdən çökmə baş verib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Kabataş prospektində qeydə alınıb.

Dağınta altında insanların qaldığı bildirilir.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunub. Hazırda dğaıntılar altında qalanların xilas ediməsi istiqamətində iş aparılır.