Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal qazanıb

Baş səhifə
Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu Minayə Əkbərova VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

“Report” xəbər verir ki, idmançı finalda İran təmsilçisi Sayna Karimirahjerdiyə 2:0 hesabı ilə məğlub olub.

Cavad Ağayev bürünc medal uğrunda yarışda məğlub olubsa, Məryəm Məmmədova 1/4 final, Bəhruz Quluzadə isə 1/8 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.