İmişlidə çınqıl karxanasında bədbəxt hadisə nəticəsində bir nəfər ölüb

Baş səhifə

İmişlidə çınqıl karxanasında baş verən bədbəxt hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən karxanalardan birində qeydə alınıb.

Sabirabad sakini, 1966-cı il təvəllüdlü Mansur Hüseyn oğlu Həsənov yük maşınına çınqıl yükləyən ekskavatorun ön hissəsinin onu baş nahiyəsinə dəyməsi nəticəsində ağır xəsarət alıb.

O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.