Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 7 milyon 724,7 min ton təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 560,5 min ton və ya 7,8 % çoxdur.
Məlumata əsasən, yüklərin 48,1 %-i neft yükləri olub.
Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 198,3 milyon ton olub. Yüklərin 3,9 %-i dəniz yolu ilə daşınıb.
Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 2 900 nəfər və ya 12 % azalaraq 21,3 min nəfər olub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

