Azərbaycanın ayrı-ayrı yerlərində qısamüddətli leysan gözlənilir – XƏBƏRDARLIQ

Baş səhifə
Azərbaycanın ayrı-ayrı yerlərində qısamüddətli leysan gözlənilir - XƏBƏRDARLIQ

Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.